Kart əməliyyatlarına dəstək şöbəsinin baş mütəxəssisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 29.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kart əməliyyatlarına dəstək şöbəsinin baş mütəxəssisi
 
Vəzifəyə olan tələblər:
 
• Ali İqtisadi təhsil
• Geniş professional biliklər,
• Risklər üzrəən azı 1 il iş təçrübəsi,
• Qeyri-adi vəziyyətlərdə həll tapmaq bacarığı;
• Təkrar işin icrası baxımından konsentrasiyası saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Analitik bacarıqlar;
• Ünsiyyətlilik;
• Təşəbbüslük;
• Məsuliyyətlilik.
 
Əsas vəzifələr:

•  Kart biznesi təhlükəsizlik sisteminin qurulmasını, davamlı monitorinqini təmin etmək və risklərin səviyyəsinə nəzarət etmək;
• Daxili risklərin minimallaşdırılması üzrə, müəyyən iş bölgüsünü aparmaq və zəruri hallarda səlahiyyətləri məhdudlaşdırıması üzrə rəhbərliyə təkliflər vermək;
• Kart emissiyasına və  ekvayerinqinə (o cümlədən, elektron ekvayerinqinə) aid Ödəniş Sistemlərinin yeniliklərinin və tələblərinin izləmək və onları tətbiq edilməsi üçün rəhbərliyə təkliflər vermək;
• Risklərin qiymətləndirilməsi və nəticələrinə dair hesabat hazırlamaq və təqdim etmək;
• Kartların qəbulu (o cümlədən, elektron dükanlarda) və istifadəsi üzrə riskləri müəyyən etmək;
• Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında daimi hesabat təqdim etmək;
• Risklərin idarə edilməsi üçün daxili qaydalara və prosesslərə müntəzəm baxışlar keçirmək və rəhbərliyə zəruri təkliflər vermək;
• Mövcud və ya yeni kart məhsullarına nəzərət və risklərin aradan qaldırılması üzrə müvafiq tədbirləri  həyata keçirmək;
• Təhlil və daxili biznes proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək;
• Müştərilərin ərizələri əsasında, etiraz (Chargeback) və dələduzluq (Fraud) əməliyyatları üzrə araşdırmalar aparmaq və rəhbərliyə məlumat vermək;
 
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur

İşəgötürənin reytinqi