İşin təsviri
Təsvir
- Şəbəkə təhlükəsizliyinin təşkil edilməsi, idarə olunması və davamlı inkişaf etdirilməsi
- Şəbəkə təhlükəsizliyi insidentləri üçün proseslərinin planlaşdırılması, koordinasiyası və idarə olunması
- Şəbəkə təhlükəsizlik insidentlərinin təhlili və təhqiqatının aparılması, nəticələr üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Şəbəkə monitorinqi və insidentlərə cavabvermə üzrə istifadə olunan texnologiyaların (Firewall, VPN, IDS/IPS, NAC, SIEM, SOAR, DLP və s.) seçilməsi, tətbiqi və optimallaşdırılmasına dəstək
- Şirkətin firewall avadanlıqlarında konfiqurasiya analizi və optimallaşdırılması
- Firewall loglarının analizi, təhlükəsizlik insidentlərinin araşdırılması
- Şirkətin şəbəkə infrastrukturunun təhlükəsizlii üzrə audit olunması.
Tələblər
- Ali təhsil - İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Şəbəkə təhlükəsizliyi və firewall idarəetməsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- TCP/IP, şəbəkə protokolları, routing və switching prinsipləri üzrə dərin biliklər;
- Firewall log analizi və insident araşdırılması bacarığı;
- Şəbəkə trafiki analizində təcrübə;
- Beynəlxalq sertifikatlara üstünlük verilir(CCNA-CCNP,CCNA-CCNP Security, Palo Alto, Fortigate kimi vendor sertifikatları və s.);
- Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqları;
- Minimal Linux əməliyyat sistemi bilikləri.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.