Mühasib

İşin təsviri

İş haqqında:

  • Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin aparılması;
  • Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
  • Bütün növ mühasibat uçotu əməliyyatlarının qeydiyyatının aparılması və 1C (8.3) proqramına işlənməsi;
  • Bank və ƏDV depozit əməliyyatları, daxili-xarici ödənişlərin həyata keçirilməsi;
  • Müştərilərin və əlaqəli şəxslərin e-mail və telefonlarının cavablandırılması;
  • Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
  • Xanım namizədlərə üstünlük verilir
  • Yaş: 24-30; Təcrübə: min 1 il
  • Müvafiq qanunvericilik biliklərinə malik olması;
  • 1C (8.3) proqramında sərbəst işləmə bacarığı (vacibdir);
  • MS Office proqramlarını (Word, Excel), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.) ;
  • Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq;

Əmək şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: həftə içi: 10:00 – 18:00; 
  • Əmək haqqı 500-600 AZN (artandır);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Ünvan: Yasamal rayonu, Seyfəddin Dağlı 47

Müraciət qaydası:

Yuxarıda qeyd olunan tələblərə uyğun xanım  namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Mühasib” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.