Katibə-Referant

İşin təsviri

Vəzifə:  Katibə-Referant 

Vəzifə və öhdəlikləri:

 Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
 Ofis heyyətinin gündəlik fəaliyyətinin effektiv, zamanında və düzgün qaydada olmasını təmin etmək üçün dəstək göstərmək;
 Telefon zənglərinə və elektron məktublara cavab vermək və onları yönləndirmək;
 Poçtla göndərilən məktubları qəbul etmək, qeydiyyatını aparmaq və müvafiq işçiyə təhvil vermək;
 Gündəlik və həftəlik görüşləri müəyyən etmək;
 Ofisə lazımi avadanlıqların satın alınması, eləcə də avadanlıqlara texniki xidmətin göstərilməsi və onların təmirini yönləndirməkdə Logistika Departamentinə dəstək;
 Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
 Hesabatların işlənib hazırlanmasında dəstək, onların nüsxəsinin İcraçı Direktora göndərilməsinə təmin etmək;
 Görüşləri təşkil etmək;
 Görüş üçün gündəlik və əlavə materiallar hazırlamaq;
 Görüşlərlə əlaqədar əlavə sənədlər hazırlamaq;
 İclaslarda protokollar tutmaq, onları təsdiq və icra etmək məqsədi ilə paylamaq;
 Şirkət barədə müvafiq sorğuları telefon və ya email vasitəsilə cavablamaq;
 Printer, surətçıxarma və scan əməliyyatlarında ofis heyətinə dəstək;
 Rəhbərlik tərəfindən təyin olunan digər ödəliklər.

Tələblər:

 Gündəlik inzibati və kargüzarlıq prosedurları haqqında məlumat;
 Dosyeləmə sistemi ilə bağlı siyasət və prosedurlar;
 Faylların təşkili ilə əlaqədar sistem və üsullar;
 Müvafiq kargüzarlıq və ofis sistemləri;
 Məktubların göndərilməsi və qəbulu qaydaları;
 Daşıma prosedurları, o cümlədən taksi və kuryer xidmətləri;
 Məlumatların emalı ilə əlaqədar sistem və prosedurlar;
 İngilis dili - əla səviyyədə, Azərbaycan və Rus dilləri;
 Müvafiq vəzifədə 2 il iş təcrübəsi;
 Ms Office və Outlook proqramları;
 Ofis texnikası, o cümlədən: Kompüter, printer, surətçıxarma avadanlığı. 

İş Şərtləri:

İş yeri – Baş Ofis (Şəhərdə)
İş qrafiki: Bazarertəsi - Cümə: 09:00-18:00/Şənbə: 10:00-14:00
Təminatlar: Nahar və telefon danışıqları

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Katibə-Referant” yazaraq şəkilli CV-lərini [email protected] elektron ünvanına 21.12.2014 tarixinədək göndərmələri xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

İşəgötürənin reytinqi