Sənəd dövriyyəsinin idarə olunması üzrə mütəxəssis

İşin təsviri

Namizədlə bağlı tələblər:

  • Yaş həddi: 25-35 yaş
  • Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı
  • Məsuliyyətli və stresə davamlı olmaq
  • Işində dəqiq və məsuliyyətli olmalı
  • Yüksək ünsiyyət bacarığının olması
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Sənədlərin skanlarının tətbiqdə reyestra daxil edilməsi;
  • Sənədlərinin direktorun imzasına təqdim edilməsi;
  • Aylıq şirkət maşınları ilə bağlı hesabatın hazırlanması;
  • Sənədlərin (məktublar, prossedurlar, müqavilələr, maliyyə sənədləri və s.) arxivləşdirilməsi;
  • Müxtəlif təyinatları sənədlər üçün müvafiq reyestrlərin qurulması və aparılması.
  • Layihə sənədlərinin arxivləşdirilməsi
  • Təşkilatın kargüzarlığına daxil olmuş sənədlərin icra müddətinə, tərtibinə, göndərilməsinə və arxivləşdirilməsinə nəzarət etmək;
  • İcra edilmiş sənədləri və onların qoşmalarını aidiyyəti struktur bölmələrdən tələb etmək və aidiyyəti üzrə göndərmək;
  • Təşkilatın kargüzarlığına bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icraçılara çatdırmaq;
  • Sənədlərin fiziki və ya elektron formada düzgün saxlanması, surətinin çoxaldılması və kateqoriyalara uyğun olaraq arxivləşdirilməsi;
  • Sənədlərinin müvafiq Prosedurlara uyğun şəkildə qəbulu və  yoxlanması və uyğunsuzluqlarla bağlı müvafiq təşkilatlarla əlaqə saxlanması;
  • Sənədlərlə bağlı məxfilik rejiminin qorunması.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri 
  • Əmək haqqı: 1000 net (bilik və bacarıqlara görə dəyişə bilər)
  • İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək,
  • İş təcrübəsi: 3 il

Tələblərə cavab verən namizədlər mailin başlığında “Sənəd dövriyyəsinin idarə olunması üzrə mütəxəssis” yazmaqla CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Advanced Industrial Solutions tərəfindən digər vakansiyalar