Baş anbardar

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 01.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Sun Food Service” MMC

Vakansiyanın adı: Baş anbardar

Azərsun Holdinq, Xırdalanda yerləşən “Sun Food Service” MMC üçün Baş  anbardar vakansiyası üzrə işçi qəbulunu elan edir.

İş haqqında məlumat:

 Məsuliyyətində olan bütün anbarların təmiz,  səliqli və nizamlı olmasına nəzarət etmək;
 Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
 İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
 Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək;
 Maşınlardan anbara boşaldılan məhsulların çeşidi və miqdarı ilə bağlı anbardarlardan mütəmadi məlumat almaq;
 Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
 Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək;
 Anbarda işləyən heyətin işini nizamlamaq;
 Günün sonunda satışdan qayıdan maşınlara malların sürətli və dəqiq şəkildə yüklənməsinə nəzarət etmək;
 Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
 FİFO prinsiplərinə riayət edilməsini təşkil etmək.

Namizədə aid tələblər:

 21-35 yaş arasında kişilər
 Ali təhsilli olması;
 Riyazi biliyinin yüksək olması;
 MS Office və Unity proqramlarını bilməsi;
 3 il anbar sahəsində təcrübə olması;
 Diqqətli və məsuliyyətli olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 31.12.2014 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş anbardar”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi