Təchizat üzrə Mütəxəssis

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü (5/7)

Vəzifə öhdəlikləri:

  • Təchizat proseslərinin təşkil olunması və idarə edilməsi
  • Tələb olunan mal və xidmətlər üzrə bazar araşdırmasının aparılması
  • Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması
  • Sifarişlərin yerləşdirilməsi, alınması və vaxtında təhvili üzrə nəzarət
  • Təchizat sənədlərinin düzgünlüyünün təmin olunması və arxivləşdirilməsi
  • Stok və anbar ehtiyatlarının idarə olunması
  • Rəhbərliyə hesabatların təqdim olunması

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr üzrə)
  • Təchizat və ya logistika sahəsində minimum 2 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • ERP və ya 1C kimi proqramlarla işləmə bacarığı üstünlükdür
  • Analitik düşüncə və müzakirə aparmaq bacarığı
  • Operativlik, məsuliyyətlilik və dəqiqlik

Üstünlük sayılacaq:

  • Telekommunikasiya və ya istehsalat sahəsində təchizat üzrə təcrübə
  • Xarici təchizatçılarla iş təcrübəsi və ingilis dili biliyi

Biz sizə nə təklif edirik?

  • Yenilikçi və inkişafı təşviq edən iş mühiti
  • Peşəkar, enerjili və pozitiv komanda ilə əməkdaşlıq imkanı
  • Fikirlərinizin dəyərləndirildiyi və təşəbbüslərin dəstəkləndiyi mühit
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə ilə təminat

Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq

Maraqlanan namizədlər CV-lərini “Təchizat üzrə Mütəxəssis” mövzusu ilə, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.