Korporativ satış üzrə mütəxəssis

  • ERTagro
  • Elanın qoyulma tarixi: 29.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Əlaqəli sahə üzrə minimum 2 il təcrübə;
  • MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
  • Yaxşı səviyyədə kommunikasiya bacarıqları,məsuliyyətlilik,analitik düşüncə tərzi,layihə idarəetmə bacarıqları:

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarışını aparmaq, onları sistemə daxil etmək və ilkin təqdimat görüşlərini keçirmək;
  • Mövcud korporativ müştərilərlə müntəzəm əlaqə saxlayaraq onların ehtiyac və tələblərini öyrənmək;
  • Müştəri tələblərinə uyğun olaraq şirkətin məhsul və xidmətlərini təqdim etmək, fərdi təkliflər hazırlamaq;
  • Satış prosesinin bütün mərhələlərini - danışıqlar, müqavilə bağlanması, sifarişlərin emalı - izləmək və idarə etmək);
  • Müştəri məlumatlarının tam və düzgün daxil edilməsini təmin etmək, Proqramda müştəri profillərini və əlaqə tarixçəsini yeniləmək;
  • Müştəri sorğu və şikayətlərini vaxtında və operativ şəkildə həll etmək üçün müvafiq strukturlarla əlaqə yaratmaq;
  • Satış göstəricilərinə əsaslanaraq həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək:
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 6 günlük iş qrafiki;
  • Korporativ nömrə.
  • Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
  • Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.
  • Yalnız tələblərə cavab verən namizədlərə 5 iş günü ərzində geri dönüş edilir.

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək, Bakı, İş yeri: Bakı, Lökbatan, Binə ticarət mərkəzinin yaxınlığı.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Korporativ satış üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə Şəkilli CV formalarını Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.