Marketinq və Sosial Media üzrə Mütəxəssis

  • Bloom Academy
  • Elanın qoyulma tarixi: 28.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Səndən gözləntilərimiz:

  • Sosial media üçün orijinal, estetik və satış yönümlü kontentlər yaratmaq
  • Instagram & TikTok səhifələrinin aktivliyini artırmaq, izləyici sayı və nəticə əsaslı iş görmək
  • Masterklasslar, pilates və digər tədbirlər üçün müştəri cəlbi kampaniyaları qurmaq
  • Gündəlik story, reels və post planlaması
  • DM və əlaqələri nəzakətlə idarə etmək
  • Yaradıcı ideyalarla brendin inkişafına real töhfə vermək
  • WhatsApp və reklam axınlarını idarə edə bilmək
  • Aylıq marketinq planları və hesabatlar hazırlamaq

Axtardığımız xüsusiyyətlər:

  • Rus və Azərbaycan dillərində səlis yazı və danışıq qabiliyyəti
  • İdeya dolu, pozitiv və cəlbedici ünsiyyət bacarığı
  • Canva və sosial media alətlərində işləmək bacarığı
  • Aktiv, çevik və nəticə yönümlü yanaşma
  • Bloom-un estetik ruhunu hiss edib uyğun vizual və mətnlər yarada bilmək

İş formatı:

  • İş yeri: Bakı, ofis daxili (həftənin 5 günü, 7-8 saat)
  • Əmək haqqı: 1000 AZN + nəticə əsaslı bonus sistemi
  • Komandada təşəbbüskar, ruhu olan və çevik iş prinsipi ilə işləyən bir mühitdə olacaqsan.

Biz necə biri ilə işləmək istəyirik?

Biz sadəcə səhifəni idarə edən biri deyil, Bloom-un qadınlarla qurduğu emosional bağa töhfə verəcək bir komanda yoldaşı axtarırıq. Əgər sən də işini sevərək, nəticə yönümlü və yaradıcı düşüncəli bir xanımsansa, səni komandamızda görmək istərik.

Müraciət üçün:

  • Özünü qısa təqdim edən mesajını və ya CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər. Instagram profilin varsa, onu da əlavə et.
  • Qeyd: Qadın namizədlər nəzərə alınır.

Əlavə qeydlər:

Axtardığımız xanım, Bloom ruhunu hiss etməyi bacaran, yalnız paylaşmaq üçün deyil, çevrə yaratmaq, maraq oyatmaq və real satış gətirmək üçün çalışan biridir. Əgər sən sosial meydan gücünü anlayır, qadın auditoriyasına xitab etməyi bacarırsansa, bu iş sənindir.

Bloom Academy tərəfindən digər vakansiyalar