İşin təsviri
Əsas vəzifələr:
- Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul etmək və düzgün şəkildə rəsmiləşdirmək
- Günlük kassa əməliyyatlarını yerinə yetirmək və gün sonu kassa hesabatını hazırlamaq
- Satış sonrası verilən qəbzləri, kassa sənədlərini düzgün və vaxtında təqdim etmək
- Kassa qalığını və kassada olan vəsaitin uyğunluğunu daim yoxlamaq və kənarlaşma olduqda dərhal rəhbərliyə məlumat vermək
- Müştərilərlə nəzakətli və operativ ünsiyyət qurmaq
- Gündəlik xəzinə sayımı aparmaq və hesabatları vaxtında hazırlamaq
- Kassaya aid bütün sənədlərin və qəbzlərin arxivlənməsinə nəzarət etmək
İş şəraiti:
- Əmək haqqı: 500 AZN
- Ünvan: Abşeron
Tələblər:
- Kassir vəzifəsində təcrübə: minimum 1 il
- Diqqətli, məsuliyyətli və dürüst yanaşma
- Azərbaycan dilində səlis danışmaq
- Komanda ilə işləmək bacarığı
- Səliqəli görünüş və forma qaydalarına əməl etmək
CV-lərinizi “Kassir” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.