Tender və Korporativ Satış Meneceri

  • Eurolux
  • Elanın qoyulma tarixi: 05.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyinə uyğun hazırlanması;
  • Tender təkliflərinin kommersiya şərtləri ilə əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi bacarığı;
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin qurulması;

Tələblər:

  • Ali təhsil.
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi ( elektronika və satış sahəsində olması arzu olunandır);
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Əmək haqqı: Razılaşma ( + hər korporativ satışdan Bonus )

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “ Tender və Korporativ satış meneceri ” qeyd etməklə CV formasını və portfolionu e-mail ünvanına göndərin.