İşin təsviri
                
                
                                
                İş şəraiti
	- İş yeri: Babək prospekti 74, Bakı
- İş rejimi: Həftə içi 08:00-17:00 
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
	- Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək
- Satış komandası qurmaq, idarə etmək və motivasiya etmək 
- Müştəri bazasını genişləndirmək, yeni müştərilər cəlb etmək 
- Mövcud müştərilərlə əlaqələri qorumaq və inkişaf etdirmək
- Satış planlarını, hədəflərini müəyyənləşdirmək və yerinə yetirilməsini təmin etmək
- Satış nəticələrini izləmək, analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək 
- Bazarı analiz etmək və rəqiblərin fəaliyyətini izləmək
- Satış proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üçün təkliflər vermək
- Qiymət siyasətinə, məhsul təqdimatına və satış kampaniyalarına nəzarət etmək 
- Komanda üçün satış təlimləri və inkişaf proqramları təşkil etmək
Tələblər:
	- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür)
- Qida sektorunda satış sahəsində minimum 5 il iş təcrübəsi (müdir vəzifəsində təcrübə üstünlükdür) 
- Güclü liderlik və komanda idarəetmə bacarığı
- Satış texnikaları və müştəri münasibətləri sahəsində biliklər
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Strateji planlama və hədəf yönümlü işləmək bacarığı
- MS Office proqramlarını sərbəst istifadə bacarığı
- Azərbaycan dili səlis, ingilis dili danışıq səviyyəsində rus dili arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.