İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması;
- Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı təkliflərin verilməsi;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi;
- Rəhbər heyətinin tapşırıqlarının yerinə yetirilməsi.
Ümumi tələblər:
- Satış və ya müştəri xidməti sahəsində minimum 1 il təcrübə
- Ofis proqramlarında sərbəst işləmək qabiliyyəti (PowerPoint,Excel, Word)
- Ünsiyyətcil və komanda ilə işləməyə meyilli
- Rus və İngilis dillərini A2–B1 səviyyəsində bilmək üstünlükdür
- Məsuliyyətli və detallara diqqətli olmaq
İş barədə məlumat:
- Tam iş günü, iş yeri Bakı şəhəri
- İş qrafiki: I-V: 09:30 – 18:00/ VI: 10:00 – 16:00
- Əmək haqqı (satışdan bonus) müsahibə və sınaq nəticələrinə əsasən müəyyən olunacaq.
Zəhmət olmasa CV və müşayiət məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Xahiş edirik email-ın “mövzu” bölməsində “Korporativ satış üzrə mütəxəssis” qeyd edəsiniz.