İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Termiki emal avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək (qaz-hava miqdarını düzgün tənzimləməyi bacarmaq);
 
	- Polad markasına uyğun olaraq termiki emal prosesini seçmək və prosesi ona uyğun tənzimləmək;
 
	- Fe-C hal diaqramını bilmək və metalın kimyəvi tərkibinə (elementlərin miqdarına) uyğun olaraq sobanın temperaturunu tənzimləməyi bacarmaq;
 
	- Metallarda faza dəyişmələrini bilmək və termiki emal zamanı arzuolunan strukturların alınmasını təmin etmək;
 
	- Laboratoriya şəraitində kiçik ölçülü sobalarda rejim təyin etmək və istehsal prosesində onu tətbiq etmək;
 
	- Tablama, tabəksiltmə və normallaşdırma proseslərini yaxşı bilmək və istehsalatda tətbiq etmək;
 
	- İstehsalat prosedurlarını, təlimatları və beynəlxalq standartların tələblərini tətbiq etmək;
 
	- Termiki emal prosesinin sonunda hazır məhsulu analiz edib strukturlar haqqında hesabat vermək;
 
	- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.
 
Namizədə tələblər:
	- Ali təhsil (Metallurgiya və ya Materialşünaslıq üzrə);
 
	- Termiki emal sahəsində minimum 1 il iş təcrübəsi (daha yüksək təcrübəyə malik namizədlərə üstünlük verilir);
 
	- Rus və ingilis dillərini bilmək arzuolunandır;
 
	- Microsoft Office proqramlarında işləmə bacarığı.
 
Digər məlumatlar:
	- İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
 
Vakansiya haqqında
	- Vakansiya növü - Tam ştat
 
	- Təcrübə - 1-2 il
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.