Teleskop operatoru və Qaldırıcı səbət operatoru

İşin təsviri

Equipment Rental Services MMC

Equipment Rental Services MMC şirkəti  Azərbaycanın daxili bazarında avtoyükləyicilərin icarəyə verilməsi sahəsində qabaqcıl şirkətlərindən biridir. Şirkətə “ Teleskop operatoru ” və “ Qaldırıcı səbət operatoru ” ları tələb olunur.

Işin məqsədi: Yükləyici avadanlıqların və texnikanın idarə edilməsi

Əsas vəzifələr və öhdəliklər:

• Yükqaldırma  və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək;
• Avadanlığı  sahədə iş üçün  təyin  olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına  uyğun  olaraq idarə etmək;
• Servis üzrə menecerin tapşırıqlarını yerinə yetirmək və verilmiş bütün tapşırıqların öhdəsindən vaxtında gəlmək, habelə, müəyyən olunmuş Təhlükəsizlik  qaydalarına riayət etmək;
• İstifadədən öncə texnikaya vizual texniki baxış keçirmək;
• Qaldırıcı və əyilmə mexanizimlərin işini yoxlamaq;
• Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətmək;
• Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat vermək;
• Texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq;

Tələb olunan kriteriyalar:

• Müvafiq texnikanı idarə etmək üçün sürücülük vəsiqəsi
• Bu sahədə ən azı 2-3 il iş təcrübə
• Təhlükəsizlik qaydalarını bilmək
• Teleskop və qaldırıcı səbət avadanlıqları ilə düzgün və təhlükəsiz işləmək üzrə bilik və bacarıqlar
• Avadanlığın  başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar

Iş qrafiki:  5 günlük iş həftəsi  (Bazar Ertəsi – Cümə), Iş saatları  8:30-17:30 - dək

Yuxarıdakı tələblərə uyğun olan namizədlər “Mövzu” bölməsində “ Teleskop operatoru” və “Qaldırıcı səbət operatoru”  yazmaqla öz CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.