İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqələrin qurulması; satışın həyata keçirilməsi
- Avtomobillər və komplektasiyalar haqqında müştərilərə tam dolğun düzgün məlumat vermək
- Mövcud bazarı araşdırmaq, yenilənən avtomobil sferasında yeni modellər haqqında daima məlumatlanmaq.
- Avtomobillərin qiymətlərinin hesablanması qiymət siyahısının çıxarılması
- Şirkət telefonuna və WhatsApp zənglərinə növbəli qrafiklə davamlı cavab vermək və yönləndirmək (buraxılmış zəngə geri dönməmək qadağandır).
- Götürülmüş sifariş haqqında bütün məlumatları, tam dolğun məlumatları lazımı qaydada şirkət qrupunda paylaşmaq. Dəyişiklik olduğu halda bunları zamanında bildirmək
- Terminləri detallı şəkildə bilmək
- Satış planının tamamlanması
Tələblər:
- Ali təhsil
- Yaş: 20-35
- Avtomobillər barədə biliklərə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Gənc və pozitiv komandada işləmək imkanı
- Həftədə 6 iş günü, saat 09:00-18:00/10:00-19:00
- Əmək haqqı: 2500 AZN (fix 500azn və əlavə bonuslar)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.