Böyük Hüquqşünas

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 28.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №755/14

FINCA International Afrika, Avrasiya, Latın Amerikası və Orta Asiya üzrə 23 ölkədə milyondan çox müştəriyə maliyyə xidmətləri göstərən, dünyanın ən qabaqcıl mikromaliyyə təşkilatlarından biridir.

Hal-hazırda “FINCA Azerbaijan” Baş Ofis üçün BÖYÜK  HÜQUQŞÜNAS vəzifəsinə işçi qəbulunu elan edir.

Hesabat verir: Hüquq Şöbəsi Menecerinə

Məqsəd:

• Təşkilatın fəaliyyəti ilə bağlı kredit və təminat müqavilələrini hazırlamaq, onların hüquqi ekspertizasını həyata keçirərək müqavilələrə bilavasitə viza vermək və ya rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Təşkilatın bütün filiallarına hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin etmək;
• Təşkilatın mənafeyini məhkəmə, inzibati və istintaq orqanlarında, digər dövlət idarə,müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Təşkilatın filial və nümayəndəliklərinin təsis edilməsi, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görmək;
• Təşkilatın adından bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarına məktublar hazırlamaq;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
• Ehtiyac yarandıqda Təşkilatın müvafiq sahədəki əməkdaşlarına müqavilələrin idarə olunması və ya digər hüquqi mövzularda təlimlər keçmək.
•  Təşkilatın fiallarının fəaliyyətinə hüquqi dəstəyi həyata keçirən hüquqşünaslarının fəaliyyətinə nəzarət etmək.

TƏLƏB OLUNAN BİLİK VƏ QABİLİYYƏTLƏR:

• Hüquq sahəsində bakalavr təhsili (magistr təhsili arzuolunandır);
• Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
• Bank və ya digər maliyyə təşkilatlarında hüquqşünaslıq üzrə ən azı 3 il iş təcrübəsi;
• Ünsiyyət və danışıqlar aparmaq, gərgin iş rejimində işləmək və liderlik bacarıqları (idarəetmə təcrübəsinin mövcudluğu arzuolunandır);
• Azərbaycan dilində səlis danışmaq və yazmaq qabiliyyəti, ən azı orta səviyyəli ingilis dili bacarıqları (rus dilini bilmək arzu olunandır)

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ərizələrin (CV) son qəbul tarixi 16 Noyabr 2014-cü ildir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Böyük Hüquqşünas və ya iş elanının nömrəsini (№755/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Job Vacancy Announcement №755/14

FINCA International is one of the leading global networks of microfinance institutions, providing financial services to more than million clients in 23 countries in Africa, Eurasia and Latin America and the Middle East.

Currently “FINCA Azerbaijan” is currently seeking a SENIOR LEGAL OFFICER for its Head Office.

Reports to: General Counsel

GOAL:

• To prepare loan and guarantor agreements relating to the activities of the organization, to give direct visas to agreements having made legal expertise over them or to participate in the preparation of suggestions relating to references;
• To participate in the investigation of existing legal problems at site and in the process of giving instructions to employees through rendering legal assistance to all the branches of the organization;
• To ensure the management of legal risks in the overall activity of the organization;
• To defend the interests of the organization in judicial, administrative or investigative bodies, in other government departments, enterprises and organizations, as well as in the law-enforcement bodies;
• To carry out necessary activities relating to the establishment of branches and representative offices of the organization, as well as their state registration;
• To prepare letters to the relevant municipalities, executive and other state bodies on behalf of the organization;
• To perform other duties assigned by the Manager of the Legal Department;
• To conduct trainings on management of agreements or on other legal matters for the personnel functioning in the relevant areas of the organization, if necessary;
• To control the overall activities of the lawyers providing legal support to the Organization’s branches.

REQUIRED KNOWLEDGE AND SKILLS:

• Bachelor degree in Law (master degree is preferred);
• Minimum 5 years of legal experience;
• At least 3 years of work experience on Law in banks or in other financial organizations;
• Communication, negotiation and leadership skills, ability to work in hard working conditions (the presence of management experience is desirable);
• Speaking and writing fluency in Azeri, at least mid-level English language skills (knowledge of Russian is preferred);

FINCA Azerbaijan” offers a creative work environment, career opportunities and competitive compensation package in line  with the financial services industry.

Deadline for applications is 16th November  2014:

If you meet the above requirements and are confident that your background and experience qualifies you for this position, please e-mail your detailed CV to [email protected]  address indicating job reference number №755/14, or SENIOR LEGAL OFFICER in the subject line of your email. Otherwise applications may be overlooked.

For more information about “FINCA Azerbaijan” please visit www.fincaazerbaijan.com  

İşəgötürənin reytinqi