İnzibati Departament Direktoru
Tələblər:
• Ali təhsil
• Bu sahədə 2-3 ildən az olmayaraq iş təcrübəsi
• ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarına dair biliklər
• Kompyüterlə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook)
• İdarəçilik bacarığı, məsuliyyətlilik, təşkilatçılıq, çalışqanlıq, icraçılıq, düzgünlük, dəqiqlik və etibarlıq kimi müsbət göstəricilərə sahib olmalı
• Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
Bilməlidir:
• Azərbaycan və İngilis dillərini şifahi və yazılı olaraq əla bilməli, sərbəst şəkildə ünsiyyət qurma bacarığını
• İnsan psixologiyası ilə yaxindan tanışlığı olmalı
• Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
• Müəssisənin inzibati-təsərrüfat xidmətinə dair metodiki normativ materialları
• Müəssisənin quruluşunu və onun inkişaf perespektivlərini
• Digər təşkilatlarla müqavilələrin bağlanılması qaydalarını və tərtibini
Vəzifə öhdəlikləri:
• Xidmət üzrə müqavilələrin bağlanılması üçün lazım olan materialların rəsmiləşdirilməsi
• Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi
• Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsi və yanğından mühafizə avadanlığının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi
• Müəssisədə qabaqcıl təcrübə mübadiləsi ilə əlaqədar keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətinin təşkil edilməsi
• Departamentin fəaliyyətinin təmin edilməsi üçün müvafiq prosesləri həyata keçirilməsində iştirak etmək
• Bütün xidməti fəaliyyətlərin (mehmanxanaların rezervasiyası, ofis inzibatçılığı, işçilərin nahar təminatı, xərclər, keyfiyyət, nəqliyyat, səfərlərin təşkili, yaşayış yeri ilə təminat, baş ofisdə çalışan sürücülərin iş qrafiki, nəqliyyat vasitələrindən istifadə, yanacaq məhdudiyyətlərinə nəzarət və s.) əlaqələndirilməsi
• Yazışmalar, hesabatlar və qrafiklərin tərtib edilməsində, habelə işçilərlə bağlı müxtəlif məsələlərdə inzibati dəstəyin təmin edilməsi
• Departamentin fəaliyyətinin təmin olunması üzrə siyasət və qaydaların yazılmasında iştirak etmək.
• İşə cəlbetmə üzrə, müsahibələr və seçim ilə bağlı müvafiq heyyətlə birgə çalışaraq, məsləhətlər vermək.
• Dəftərxana ləvazimatının, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarların alınması və saxlanılmasının təşkil edilməsi və müəssisənin bölmələrinin onlarla vaxtaşırı təmin edilməsi, onların işlənilməsi vaxtının uçotunun aparılması, müvafiq hesabat formasının tərtib edilməsi.
• Nəqliyyat avadanlıqlarının təmirinə və Gps qurğularının izlənməsinə nəzarət edir.
• Strateji planda nəzərdə tutulmuş hədəflərə uyğun qarşısına qoyulmuş hədəfləri həyata keçirmək
• Şirkət tərəfindən təmin edilən xidmətlərin (təyyarə biletləri və s.) və işçilər üçün vizaların alınmasının əlaqələndirilməsi
• Keyfiyyət prosedurlarının və vəzifə təlimatlarının yazılması.
• Ofisdə keçiriləcək təlimlərin təşkil olunması.
• Kollektiv tədbirlərin həyata keçirilməsinə nəzarət.
• Şəxsi işlərin mütəmadi yenilənməsi və son məlumatların qeydiyyatının təmin edilməsi
• Dizayn işlərinə nəzarət.
• Reklam və çap işlərinə nəzarət.
• Buklet, kataloq, təqdimat işlərinə nəzarət .
• Baş Direktorun tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
Əmək haqqı: Təcrübəyə əsasən
CV-ləri [email protected] ünvanına mütləq vakansiyanızı qeyd edib göndərməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaqdır.