İnşaat üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • Local Company
  • Elanın qoyulma tarixi: 18.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnşaat üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Ixtisas tələbləri:

• Ali təhsil
• Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili    
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Bu sahədə 3-5 il iş təcrübəsi              

Namizədə tələblər:

• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək; 
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
• Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
• Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək və s.

CV-lərinizi aşağıdakı elektron ünvanına göndərməniz xahiş olunur:   [email protected]

Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə “Keyfiyyətə Nəzarət Mühəndisi"  yazmağınız xahiş olunur. Əks təqdirdə  müraciətlərə baxılmayacaq. Vakansiyaya uyğun şəxslər müsahibəyə dəvət olunacaqlar.