İşin təsviri
Vəzifə və öhdəliklər:
- HoReCa kanalında satış planları və hədəflərinə nail olmaq, həcminin müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlər görmək;
- Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək;
- Müştərilərə zəruri inventar və promosyon materiallarını təqdim etmək;
- Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
- Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
- Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil
- HoReCa sahəsində iş təcrübəsi minimum 5 il (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
- Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı;
- HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olmalı;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Namizəd öz maşını ilə işləməyə hazır olmalıdır.
Təklif edirik:
- 6 günlük iş rejimi
- Əmək haqqı 1000 Azn + satışa bağlı faiz
- Şirkət cari yanacaq və cari təmir xərclərini qarşılayır
- Ünvan: Bakı şəhər Babək Pr. 74
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “HORECA üzrə satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.