İşə Qəbul üzrə Mütəxəssis

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 20.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞƏ QƏBUL ÜZRƏ MÜTƏXƏSSİS

Kiçik mütəxəssis: 600 NET/Mütəxəssis: 800 NET/Aparıcı mütəxəssis: 1000 NET/

Böyük mütəxəssis: 1200 NET/Baş mütəxəssis: 1400 NET/

İş vaxtı: I - V günlər 09:00 - 17:00/ VI gün 09:00 - 14:00

İşin təsviri

 Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
 Vakansiya elanlarının müəyyən edilmiş saytlarda yerləşdirilməsi;
 Daxil olan CV - lərin qeydiyyatının aparılması;
 İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
 İşə qəbul testlərinin keçirilməsi üçün sual bazasının yaradılması;
 Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
 Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
 İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması;
 Yeni işə qəbul edilmiş namizədin şəxsi işinin hazırlanılması;
 Cəmiyyətin işə qəbul qaydalarının tərtib edilməsində iştirak;
 Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak;
 Departament rəisi tərəfindən işə qəbul prosesi ilə bağlı veriləcək tapşırıqların yerinə yetirilməsi;

Namizədə dair tələblər:

 Ali təhsil; (İqtisadiyyat, Psixologiya, Menecment, Heyətin İdarə olunması sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
 Azərbaycan və İngilis dilini əla, Rus dilini isə yaxşı səviyyədə bilməli;
 Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi olmalı;
 Komandada işləmək bacarığı;
 MS Office proqramlarını yüksək səviyyədə bilmək;
 Stresə davamlı, ünsiyyətcil, dinləmə bacarığı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 22.11.2014 - cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)