Hüquq şöbəsinə Rəis

İşin təsviri

“AS Qrup İnvestment” MMC Hüquq şöbəsinə rəis vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

• Hüquq şöbəsinin rəisi;
• Şöbənin idarə olunması, vəziyyətə çevik reaksiya, beynəlxalq müqavilələri tərtib etmək bacarığı və müqavilələrin idarə olunması sisteminin formalaşdırılmasını təşkil etmək;
• Şirkətdaxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Bütün sənədlərin hüquqi ekspertizasını həyata keçirərək bilavasitə viza vermək;
• Baş direktoru qərarlarının, direktorun əmr və sərəncamların ekspertizasını həyata keçirərək bilavasitə viza vermək;
• Hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Əmək haqqı danışıqdan asılı olaraq 1500-2000 azn.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• 3 ildən çox müvafiq sahədə rəhbər vəzifə stajı olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Yaş həddi 30-45 ;
• Ofis proqramlarında işləməyi bilməli;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı 11, məhəllə 2135/2136;

Telefon (012) 511 13 08, mobil: 050 313 53 66

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquq şöbəsinin rəisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.