Baş Energetik

  • Shirin MMC
  • Elanın qoyulma tarixi: 18.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Energetik

Əmək funksiyası:

Fabrikin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən fabrikin enerji təsərrüfatını təmin etmək;
Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
Su, qaz və elektrik istehlakının rejim və yüklənmə qrafikinə əsasən su və qaz təchizatının qənaətlə istifadəsinə nəzarət etmək.
Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
Yeni istifadəyə verilmiş texnoloji sexlərin elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş   miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək;
Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək;
Fabrikdə elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə titul siyahılarını tərtib etmək;
Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək;
Tabeliyində olan sex və şöbələrə nəzarətin edilməsi.
şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
Fabrikdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
Qaz şəbəkələrində birləşdirmələrin və elektrik izolyasiyaların, qoruyucu vasitələrin vaxtında yoxlanmasına nəzarət etmək.
Baş energetikə tabe olan işçinin vəzifə təlimatını, fabrikin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlayıb təsdiq etmək.
Hər ay t/t vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan rəhbərlər ilə müşavirələr keçirmək.
Fabrik üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin, yanacağın norması və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;

Bilməlidir:

Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
Müəssisənin spesifik xüsusiyyətlərini, enerji təsərrüfatını, onun inkişaf perspektivlərini;
Nəzarət orqanlarının (Döv. Şəh. Texnəzarət, enerjinəzarəti) və yuxarı təşkilatların göstəricilərini;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını.
Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
 
- Ali təhsil (ali texniki və ya ali mühəndis)
- Cinsi: Kişi
- 5 il iş təcrübəsi
- Ttəmkinlilik, etibarlılıq
- Təşkilatçı, operativ çalısan, bacarıqlı
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları
- Ofis proqramlarında işləmə bacarığı olmalı

Əmək haqqı 600-800

E-mail: [email protected]

Shirin MMC tərəfindən digər vakansiyalar