Satış Meneceri

  • Woodpecker
  • Elanın qoyulma tarixi: 14.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Woodpecker Mebel Fabriki Bakı şəhəri və rayonlar üzrə Satış Meneceri vakansiyasına qəbul elan edir.

TƏLƏBLƏR

- İqtisadiyyat, biznes və s. sahələrdə minimum bakalavr səviyyəsində ali təhsil
- Yaxşı riyazi bilik və bacarıqlar
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları
- Satış sahəsində karyera qurmaq arzusu
- Sürücülük vəsiqəsi (B kateqoriyası)

VƏZİFƏLƏR

- Mövcud müştərilərlə əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək
- Gündəlik satış sifarişlərini təşkil etmək
- Potensial müştərilər tapmaq
- Şirkətin məhsullarını tanıtmaq
- Bazar haqda bilikləri məsul şəxslər və şöbələrlə bölüşmək

ƏLAQƏ

Woodpecker Mebel Fabriki
Cəlilabad rayonu
Bakı-Astara şossesi 130-cu km

Telefon: 055 200 37 89
Email: [email protected]

QEYDLƏR

Bu vakansiya ilə maraqlanırsınızsa, 30  oktyabr 2014-cü il tarixinədək tərcümeyi-halınızı (CV) yuxarıdakı elektron ünvana göndərin və ya göstərilən nömrə ilə əlaqə saxlayın.CV-nizi göndərərkən mövzuya “Satış Meneceri” yazmağınız xahiş edilir. Qəbul edilən CV-lər arasından 15 (on beş) nəfər potensial namizəd seçiləcək, bir ay ərzində Cəlilabad rayonunda yerləşən mebel fabrikində şirkətin hesabına yemək və qalmaq xərcləri qarşılanmaqla satış təlimi keçəcək. Təlimi uğurla keçənlər arasında fərqlənənlər işə qəbul ediləcək.