İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.
- Əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
- Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün daxil olunmasının yoxlanılması;
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
- Anbar qalıqlarına nəzarət edilməsi;
- İdxal olunan malların maya dəyərini hesablamaq və sistemə daxil etmək;
- Kassa və Bank əməliyyatlarının işlənməsi;
- Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması.
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və d. ), DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
Tələblər:
- Ali təhsil;
- Dillər (səviyyə): Azərbaycan
- Kompüter bilikləri: təcrübəli PC istifadəçisi.
- Proqramları bilmə: Excel, BTP;
- Düzgün şifahi və yazılı dil biliyi;
- Minimum 1 il iş təcrübəsi
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü: 9:00-dan 18:00-dək
- Şənbə və bazar qeyri iş günüdür
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Sınaq müddəti 2 həftə;
Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına təqdim etsinlər.