İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Xarici bazarların araşdırılması, ixrac imkanlarının təhlili və yeni potensial müştərilərin müəyyən edilməsi;
- İxrac prosesinin təşkili: sifarişlərin qəbulu, sənədləşmə, nəqliyyat və gömrük prosedurlarının koordinasiyası;
- İxrac üçün tələb olunan sertifikat və uyğunluq sənədlərinin alınmasının təşkili;
- Xarici partnyorlarla yazışmaların, danışıqların və müqavilələrin aparılması;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması və inkişaf etdirilməsi;
- İxrac statistikası və hesabatların hazırlanması, satış planlarının icrasına nəzarət;
- Müvafiq beynəlxalq normativ aktlara və ixrac ölkələrinin qanunvericiliyinə uyğunluğun təmin olunması.
Namizədə tələblər:
- Ali təhsil (biznes, beynəlxalq ticarət, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə);
- Minimum 2 il beynəlxalq satış və/və ya ixrac sahəsində iş təcrübəsi;
- Xarici ticarət və gömrük prosedurları üzrə biliklər;
- Azərbaycan, rus və ingilis dilini əla səviyyədə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmə və operativ qərarvermə qabiliyyəti.
- 1C, MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 gün
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir
- Bakı şəh., Binəqədi yolu 100
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına “İxrac üzrə menecer” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.