Təlimçi (Sürücülük üzrə təlim mərkəzinə)

  • BakuBus
  • Elanın qoyulma tarixi: 06.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel  2014-cü il tarixli 92 nömrəli Qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdir.Cəmiyyətin yaradılmasında əsas məqsəd Bakı şəhərində sərnişinlər üçün avtobus nəqliyyat sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkil edilməsi və sərnişinlərin daşınmasında avtobus nəqliyyat sisteminin təkmilləşdirilməsi və şəhər mərkəzində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır.

“BakuBus”Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd edilmiş vakant iş yeri üçün işçi qəbulu elan edir.

Vəzifə: Təlimçi (Sürücülük  üzrə  təlim mərkəzinə)

Tələblər:

• Ali və ya orta ixtisas təhsil
• Kişi/qadın
• 35-50 yaşında
• Azərbaycan və Rus dili(şifahi və yazılı)
• Kompüter  və ofis avadanlığı ilə işləmək bacarığı
• Avtomobil  kurslarında təlimçi-instruktor  vəzifəsində   minimum 3  il iş təcrübəsi
• Ünsiyyət və təqdimat  bacarıqları
• İşində dəqiq və məsuliyyətli  olmaq
• Komanda  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Yol hərəkəti və nəqliyyat vasitələrinin idarəolunması üzrə  nəzəriyyə  təlimlərin keçirilməsi
• Yol təhlükəsizliyi və hərəkəti  üzrə təlimlərin keçirilməsi
• Nəqliyyat vasitələrinin sürücülərinə praktik təlimlərin keçirilməsi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi(anketlərinizi)  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz [email protected]

İşəgötürənin reytinqi

BakuBus tərəfindən digər vakansiyalar