Restoran müdiri

  • GFC MMC
  • Elanın qoyulma tarixi: 09.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-45 yaş arasında;
  • Ali təhsilli olması;
  • Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
  • Restoran idarəetmə sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Xərclərə nəzarət, hesabat və təhlil bacarığına malik olmaq;
  • Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
  • Güclü planlaşdırma bacarığına və strateji düşünmə qabiliyyətinə malik olmaq;
  • Məsuliyyət, dəqiqlik və karyera qurmaq istəyi.

Əsas vəzifə və öhdəliklər:

  • Satış, gəlirlər və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
  • Qida təhlükəsizliyin qorunmasının təmin edilməsinə nəzarət etmək;
  • Xərclərin azalmasını təmin etmək;
  • Maliyyə göstəricilərinə nail olmaq üçün restoranda məqsədləri təyin etmək;
  • Restoranın fasiləsiz və səmərəli işini təmin etmək məqsədilə bütün proseslərinin işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Müəyyən olunan məqsədlə əlaqədar restoran menecment heyətinin işini qiymətləndirmək;
  • Qonaqların məmnuniyyətini yüksək səviyyədə təmin etməsinə nəzarət etmək;
  • Satışları düzgün planlaşdırmaq və aylıq planının nail olmasına nəzarət etmək;
  • Restoran KPİ-larını hesablamaq;
  • Standartların təmin edilməsinə 100% nəzarət etmək;
  • Komanda üzvlərinin effektiv şəkildə seçilməsi, işə götürülməsi, təlimi və inkişafını təmin etmək;
  • Şirkətdə tətbiq edilən alətlərdən istifadə edərək kadr planlarını tərtib etmək və kadr rezervi təmin etmək;
  • Komandanın effektiv seçimi, adaptasiyanı, oriyentasiyanı, təlimi,inkişafını və işinin qiymətləndirilməsini təmin etmək;
  • Restoran nəticələrini hesabat formasında gündəlik,həftəlik,aylıq təqdim etmək.

 

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Növbəli 5 günlük iş rejimi;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Restoran müdiri” qeyd edərək  [email protected] e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.