İşin təsviri
Vəzifə öhdəlikləri:
- Biznes planı çərçivəsində brendin bir illik inkişafı strategiyasının hazırlanması və həyata keçirilməsi (Media, digital, VM, CRM, tədbirlər, veb sayt, ticarət marketinqi və s.)
- Satınalma, satış və qalıqlar üçün marka büdcəsinin planlaşdırılması.
- Bazarın və rəqabət mühitinin müntəzəm təhlili.
- Marka üçün satış nöqtələrinin müəyyənləşdirilməsi, markanın təqdim ediləcəyi yer, satış nöqtəsində marka təqdimatının dayandırılması qərarında iştirak, ehtiyac olduqda yeni markaların axtarışı.
- Marka qiymətlərinin formalaşması, məhsul dəyərinin optimallaşdırılması və marjinallığa nəzarət.
- Brendin dünyada fəaliyyətinin müntəzəm izlənməsi və uğurlu təcrübələrin Azərbaycanda tətbiq edilməsi.
- Bir illik hər bir marka üzrə məhsulun çeşidlənməsi (novelties, core, specific, promo, slow movers və s.).
- Butikdə və mağazada lazımi çeşidin mövcudluğuna və marka daxilində anbarın yenilənməsinə aylıq nəzarət.
- Yeni brendlər üçün sifarişin formalaşdırılması.
- Bütün məsələlər üzrə müntəzəm olaraq marka qərargahı ilə ünsiyyət.
- Marketinq planı və media fəaliyyətinin marka qərargahı ilə əlaqələndirilməsi.
- Ticarət şərtlərinin marka ilə razılaşdırılması.
- Marka ilə müqavilələrin bağlanmasının təşkili.
- Təchizatçı və marka ödənişlərinə nəzarət.
- Brend nümayəndələrinin səfərlərinin təşkili .
- Brendin sərgi və təlimlərində iştirak.
- Razılaşdırılmış satınalma və satış məlumatlarına əsasən marka marketinq büdcəsinin formalaşdırılması və hesablanması.
- Brendin analitikasına (Media, Digital, Social media, events, projects, motivasiya, trade marketing və s.) əsaslanan marketinq planının işlənib hazırlanmasına və icrasına nəzarət.
- Marka tərəfindən müəyyən edilmiş satış nöqtəsi ticarət qaydalarının tətbiqi və nəzarəti, marka visual merchandising -lərinin verilməsi və VM təqviminin yaradılması
- Öz brendi\butiki çərçivəsində pərakəndə satış şöbəsi ilə müntəzəm qarşılıqlı əlaqə, marketinq və ticarət fəaliyyəti, tədbir və layihələr, motivasiya, yeniliklər və s. barədə məlumatların verilmə.
- Marka fəaliyyəti üzrə satış, media, crm, endirimlər, gəlir və s. daxil olmaqla satış və marketinqə aid aylıq hesabat
- Satış hesabatlarının formalaşdırılması , brendin qərargahına göndərilməsi.
- Tərəfdaşlarla görüşlər, sərgilər və ezamiyyətlər üçün business review hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil (üstünlük kimi MBA);
- Analitik düşünmə qabiliyyəti və problemlərin həllinə sistemli yanaşma;
- Mükəmməl təşkilati və liderlik bacarıqları;
- Çeviklik, stresə davamlılıq;
- Yüksək ünsiyyət qabilliyyəti;
- MS Office bacarıqları;
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək .
Çalışma şərtləri :
İş qrafiki 5/2, 10:00 – 19:00
Əmək haqqı müsahibə zamanı təyin olunacaq
İş yeri: Baş ofis: Yasamal rayonu ,Elmlər metrosu yaxınlığı.
Müraciət üçün email: [email protected]