İşin təsviri
Vəzifə öhdəlikləri:
- Vergi və mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması;
- Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi;
- Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək;
- Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması;
- Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi);
- Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılması;
- Əməkhaqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanması və ödənilməsinə nəzarət;
- Mühasibat və vergi hesabatlarının tərtib edilməsi və aidiyyəti qurumlara təqdim olunması;
- Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı tapşırıqlarının dəqiq və vaxtında icra edilməsi.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
- Vergi Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi dərindən bilmək;
- Əmək haqqının hesablanması və müvafiq qanunvericilik üzrə biliklər;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmə bacarığı;
- Mühasibatlıq proqramlarından hər hansı biri ilə işləmək təcrübəsi;
- Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək.
Əmək haqqı: 1200-1500 AZN
Tələblərə uygun gələn namizədlər CV-lərini "Mühasib CV" mövzusu ilə elektron poçt ünvanına göndərə bilərlər.