Satış Agenti

İşin təsviri

Vəzifənin adı: Satış Agenti

İş yeri: Bakı, Azərbaycan

Yaşı və cinsi: 25-35, kişi

Əsas vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışını həyata keçirir.
• Müştərilərlə kommersiya danışıqları aparır.
• Müştərilərin sifarişlərini qəbul edərək nəzərdən keçirir və lazımi sənədləri rəsmiləşdirir.
• Təsdiq edilmiş satışa həvəsləndirmə proqramlarına uyğun olaraq müştəriləri şirkətlə əməkdaşlığa həvəsləndirir.
• Aylıq satış planları tərtib edir.
• Satış üzrə hesabat aparır.
• Satış şöbəsinin fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi və həyata keçirilməsində iştirak edir.
• Müştəri bazası yaradır.
• Bağlanılmış müqavilələr üzrə alıcılar tərəfindən ödənişlərin edilməsinə nəzarət edir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Ali təhsil;
• İş təcrübəsi: otel sahəsində ən azı 1 il iş təcrübəsi;
• Dil bacarıqları: Azərbaycan, rus, ingilis
• Kompüter biliyi: Microsoft Office proqram təminatı,Excel, Word
• Sürücülük vəsiqəsi

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçt ünvanına göndərə bilərlər