Insan Qaynaqları üzrə menecer
İş barədə məlumat:
• Namizədlərlə ilkin müsahibələrin keçirilməsi
• CV bankının yaradılması
• Şirkətə aid vakansiyalara dair elanların tərtib olunması və müvafiq iş elanı saytlarında yerləşdirilməsi
• Müəssisə daxili təlimlərin təşkili
• İqtisadi və mənəvi motivasiya üzrə araşdırma və təhlillər aparılması və təkliflərin irəli sürülməsi
• Üç aylıq sınaq müddəti imtahanının keçirilməsi və illik attestasiyanın təşkili
• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifənin böyüdülməsi, mükafatlandırılması, məzuniyyətin verilməsi
• Şəxsi işlərin aparılması. Müvafiq əmrlərin (əmək, ödənişsiz və sosial məzuniyyət, ezamiyyət, xitam, kompensasiya, intizam tənbehi və s.), müqavilələrin, aktların, arayışların hazırlanması və qeydiyyatının həyata keçirilməsi; Pensiyaların, analıq məzuniyyəti üçün nəzərdə tutulan müavinətin verilməsi üçün lazımı sənədlərin tərtib edilməsi
• Kadr hesabatlarının hazırlanması
• Attestasiya, motivasiya tədbirlərinin keçirilməsi
• Təlim və təkmilləşdirmə sisteminin qurulması, təlimə ehtiyacı olan işçilərin siyahısının tərtib edilməsi
• İş qrafiki: I-VI günlər
• İş saatları: 09.00-18.00
• Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər:
• Ali təhsilinin olması
• Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməli
• MS Office proqramlarını bilməli
• Bu sahə üzrə ən azı 5 il iş təcrübəsinin olması (əsasən müsahibələrin keçirilməsi sahəsində)
Maaş : 800 AZN
Bu vəzifədə işləmək istəyən şəxslər ,CV formanızı [email protected] ünvanına göndərə bilərsiniz .CV formasını göndərərkən "Mövzu" yerinə vakansiyanın adını mütləq qeyd edin.Vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmayacaqdır.