Biznes analitik

  • CyberNet
  • Elanın qoyulma tarixi: 15.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznes analitik

Vəzifə öhdəlikləri:

• Şirkətin daxili biznes proseslərin avtomatlaşdırılması zəruriyyətinin təhlili
• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
• Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
• Proqram təminatının optimal işlənib hazırlanması məqsədilə Sifarişçiyə konsultasiyaların verilməsi
• Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
• Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
• Proqram təminatının işlənib hazırlanması, testdən keçirilməsi və tətbiqi zamanı Sifarişçinin təmsilçiləri ilə daimatəmasda olmaq və əlaqə saxlamaq
• Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
• İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırığın hazırlanması
• Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi
• Təklif olunan və ya görülən xidmətlərin sərf olunacaq resurs cəhətdən dəyərləndirilməsi

Əsastələblər:
• Alitəhsil (informasiya texnologiyaları sahəsində alitəhsili olan namizədlərə üstünlükverilir)
• İT sahəsindəbiznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
• Dil bilikləri: Azərbaycan, Rus və Ingilis dilləri (yüksək səviyyədə)
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.