İşin təsviri
Tələblər:
- Yaş: 23-35
- Təhsil : ali
- İş təcrübəsi: 1 ildən yuxarı
- Xanım mühasiblər;
- Azərbaycan dili,rus dili(arzuolunandır);
- İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
- Komandada işləmə bacarığı olmalı;
- Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri.
Vəzifə və öhdəliklər:
Maliyyə sənədlərinin hazırlanması və saxlanması:
- Gəlir və xərclərlə bağlı müvafiq sənədlərin hazırlanması.
- Mühasibat uçotu sistemində sənədlərin qeydiyyatı və sistemə daxil edilməsi.
- Müxtəlif maliyyə sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanması.
Fakturaların və digər maliyyə sənədlərinin işlənməsi:
- Satış və alış fakturalarının düzgün qaydada yazılması və qeydiyyatı.
- Həftəlik və aylıq maliyyə hesabatlarının hazırlanması.
Vergi öhdəliklərinin izlənməsi:
- Vergi hesabatlarının hazırlanmasında kömək etmək.
- Vergi ödəmələrinin vaxtında yerinə yetirilməsi üçün lazım olan məlumatları hazırlamaq.
Bank və kassa əməliyyatlarının qeydiyyatı:
- Bank əməliyyatlarının düzgün qeydiyyatını təmin etmək.
- Kassa əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi.
Debitor və kreditor hesablarının nəzarəti:
- Müştəri və təchizatçılara olan borc və alacaq hesablarının izlənməsi.
- Debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı.
İnventarizasiyanın keçirilməsi:
- Şirkət mal və materiallarının sayımını aparmaq.
- Mal və məhsul balanslarını izləmək və qeydə almaq.
Hesabatların hazırlanması və təqdim edilməsi:
- Mühasibatlıq üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
- Hesabatların zamanında və düzgün təqdim edilməsini təmin etmək.
Daxili yoxlamaların dəstəklənməsi:
- Şirkətin maliyyə fəaliyyətlərinin düzgünlüyünü yoxlamaq və rəhbərliyə məlumat vermək.
- Mühasibatlıq proseslərinin düzgünlüyünü təmin etmək üçün daxili yoxlamalara kömək etmək.
Şəxsi keyfiyyətləri:
- Müştəri ilə danışıq bacarığı;
- Səlist danışıq qabiliyyəti;
- Davamlı mütaliə edən və inkişafa yönümlülük;
- Komandada işləmə bacarığı;
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlılıq.
İş barədə məlumat:
- Ünvan: Binəqədi rayonu, Binəqədi şosesi 7
- Əmək haqqı: razılaşma ilə (fix 700+)
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.