Satış üzrə mütəxəssis

  • By Telecom
  • Elanın qoyulma tarixi: 04.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər:

  • Azərbaycan dilini səlis, rus dili mütləq surətdə səlis olmalıdır.
  • Satış təcrübəsi ən azı 2 il olmalıdır.
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
  • Satış qabiliyyəti və çarpaz satış texnikasını bilməlidir.
  • Mobil və Aksesuar kategoriyasını tanımaq mütləqdir.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Biz Sizə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı hər 6 aydan bir olaraq baxılır. Baş satış mütəxəssisi və ya menecere yüksəlmə şansı.

Əmək haqqı: Başlanğıc üçün (NET) 500 AZN, artan əmək haqqı və hər satışdan və xidmətdən yerindəcə Bonus .

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.