İşin təsviri
İş barədə məlumat:
- Şirkət tərəfindən təyin olunmuş ərazilərdə obyektlərə yaxınlaşaraq "Mobil Mühasib" mobil tətbiqi və xidmətləri haqqında məlumat vermək
- Potensial müştəriləri qeydiyyatdan keçirmək və onları xidmətlərə cəlb etmək
- Gündəlik hesabatların təqdim edilməsi
- Müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və xidmətlərdən istifadəyə təşviq edilməsi
Namizədə tələblər:
- Satış və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları
- Aktiv və məsuliyyətli olmaq
- Mühasibatlıq və vergi sahəsində minimal anlayış olması üstünlükdür
- Şəxsi nəqliyyat vasitəsi olan namizədlərə üstünlük verilir
İş şəraiti:
- Əmək haqqı: Fix 500 AZN + satışdan bonus
- İş qrafiki: Həftəiçi 5 gün (Bazar ertəsi - Cümə)
Şirkət haqqında:
"Mobil Mühasib" 15 ildən artıqdır ki, mühasibat və konsaltinq sahəsində fəaliyyət göstərir. Yeni təqdim olunan mobil tətbiq bazarda ilk və təkdir, sahibkarlara mühasibat və vergi proseslərini daha asan idarə etmək imkanı yaradır.
📞 Əlaqə üçün: CV-lərinizi [email protected] e-poçt adresinə "Satış meneceri" başlığı altında göndərə bilərsiniz.