Satış meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proqram təminatı, kassa aparatları və mühasibatlıq xidmətlərinin təqdimatı və satışı
  • Potensial müştərilərin axtarışı və yeni müştəri bazasının yaradılması
  • Müştərilərlə görüşlərin təşkili və ehtiyaclarının müəyyən edilməsi 
  • Satış prosesinin idarə edilməsi və müqavilələrin bağlanması
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və müştəri əlaqələrinin idarə edilməsi
  • Satış hədəflərinə çatmaq üçün strategiyaların hazırlanması və həyata keçirilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil üstünlükdür
  • Satış etmə bacarığı
  • Çeviklik və gülərüzlülük
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları
  • Satış sahəsində ən azı 1 il iş təcrübəsi
  • Dil bacarıqları: Azərbaycan dili (rus dili üstünlükdür)
  • Yaş aralığı: 25-40 arası (bəy namizədlər) 

Şərtlər:

  • ARƏM uyğun işə qəbul
  • Karyera yüksəlişi imkanı
  • Əmək haqqı: razılaşma əsasında, əlavə olaraq bonus sistemi tətbiq olunacaq.
  • İş vaxtı: 10:00-dan - 19:00-dək, 5/2 

Namizədlər cv-lərini elektron poçt ünvanına "satış meneceri" qeyd edərək göndərə bilər.