İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan avans hesabatlarının yoxlanılması, səhvlərin araşdırılması və əməliyyatların düzgün yerinə yetirilməsi;
- Xərclərin qanunvericiliyin tətbiq etdiyi xərc standartlarına uyğun proqrama daxil edilməsi;
- Struktur üzrə xərclərin analiz olunaraq uyğun departamentlərə aid edilməsi;
- Məlumatların proqrama düzgün və real vaxtlarda daxil edilməsi;
- Ödənişlər üzrə təsdiqedici sənədlərin tələb olunması və arxivləşməsinin təmin edilməsi;
- Hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil;
- Təcrübə 1-3il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xərclər üzrə mühasib”yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.