İşin təsviri
Vəzifə öhdəlikləri:
- Yüksək dərəcədə genişlənə bilən proqram arxitekturasını dizayn etmək;
- Səliqəli və oxunaqlı kodların yazılmasına nail olmaq;
- Yeni layihələrin həyata keçirilməsində təşəbbüskarlıq nümayiş etdirmək;
- Yeni və mövcud layihələri təkmilləşdirmək, mövcud proqram təminatı layihələrini texniki dəstəkləmək;
- Bankdaxili və bankdan kənar istifadə üçün nəzərdə tutulan backend servislərin yazılmasını təmin etmək.
Tələblər:
- Bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi;
- İnformasiya texnologiyaları sahəsində ali təhsilin olması üstünlükdür
- Proqram təminatının hazırlanması prosesi, həyat dövrü və texnologiyaları haqqında geniş biliklərə malik olmaq
- Arxitektura üslubları və sistem dizaynı haqqında biliklərin olması
- Geniş istifadə olunan Java çərçivələri (Spring, Spring boot, Micronaut, Hibernate) ilə bağlı biliklər
- REST api və SOAP veb servislərinin texniki analiz, dizayn edilmə və kodlaşdırılma bacarığı
- Məlumatların modelləşdirilməsi və verilənlər bazasının (cədvəllərin) dizaynı ilə bağlı təcrübənin olması
- Alqoritmlər, məlumat strukturları barədə yaxşı səviyyədə biliklər, mikroservis arxitekturası barədə məlumatlara sahib olmaq
- Kod saxlama, versiya sistemləri (GIT) ilə praktiki iş təcrübəsinin olması
- Devops texnologiyalar yığını (Docker, Jenkins, Kubernetes) və CI/CD üzrə biliklərin olması, həmçinin yeni texnologiyaları (çərçivələr, dillər və ya alətlər) öyrənmək və tətbiq etmək istəyinin olması
- NoSql bilikləri üstünlükdür
- Cache sistemləri (Memcache, Redis) ilə bağlı biliklərin olması üstünlükdür.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et butonunda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.