Mühasib köməkçisi

  • Konfirom
  • Elanın qoyulma tarixi: 13.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında proqram bazasında  əks etdirməli;
  • Malsatanların vaxtıçatan borc hesabatını hazırlamalı; 
  • Malsatanlarla üzləşmə aktını apararıb nəticə barəsində hesabat hazırlamalı;
  • Ay sonunda anbar inventarizasiya nəticəsini proqrama işləməli;
  • Mühasibat sənədlərini saxlayıb qorumalı , lazım olan vaxtda arxivləşdirilməsini həyata keçirməlidir.
  • Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında icra etməli

İş şəraiti:

  • Əmək haqqı- 500-700 azn
  • İş qrafiki - 6 günlük
  • Şənbə günü qısa iş günü
  • Bazar günü - istirahət günü
  • Həftə içi 5 iş günü - 08:30-dan - 16:30-dək
  • Şənbə günü - 08:30-dan - 13:30-dək
  • Ödənişli məzuniyyət

Əlavə imtiyazlar:

  • Qidalanma şirkət tərəfindən təmin olunur
  • Kariyera yüksəliş imkanı
  • İş yeri – Koroğlu m/Bakixanov qəsəbəsi

Namizədə tələblər:

  • Cinsi: Xanım və ya bəy namizədlər 
  • Yaş: 25-35 yaş 
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat sahəsi üzrə)
  • 1C proqramını yaxşı səviyyədə bilməli
  • Office proqramlarında(Xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı olmalı
  • Məsuliyyətli və işində dəqiq
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Hesabat vermə bacarığı
  • Kollektivdə işləmə bacarığı
  • İşə planlı  yanaşma qabiliyyəti
  • Müvafiq sahə üzrə təcrübə olması üstünlükdür

 Uyğun namizədlər mövzu yerinə "Mühasib köməkçisi" qeyd edərək, CV-ni göndərə və ya qeyd olunan nömrələr vasitəsilə əlaqə saxlaya bilər.