Ticari Marketinq üzrə mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 12.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etməsi;
  • Pərakəndə müştərilər üçün xüsusi promo aksiyalar, kampaniyalar və endirim strategiyalarının hazırlanması və və ideyaların verilməsi;
  • POS materialların (stendlər, bannerlər, promo materiallar və s.) hazırlanması və satış nöqtələrində effektiv yerləşdirilməsinə nəzarət;
  • Satış nöqtələrində həyata keçirilən tədbirlərin effektivliyinin monitorinqi və hesabatlarının hazırlanması;
  • Bazar tendensiyalarını, rəqibləri və müştəri davranışlarını analiz edərək, ticari marketinq strategiyalarının təkmilləşdirilməsi;
  • ADRA ilə danışıqların aparılması, və reklam yerlərinin icazələrin alınması və s.

Tələblər:

  • Ali təhsil (Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə);
  • Ticari marketinq, pərakəndə marketinq və ya satış dəstəyi sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • FMCG, elektronika, pərakəndə və ya distribusiya sektorunda təcrübə üstünlükdür;
  • Analitik düşüncə və bazar araşdırmalarını təhlil etmək bacarığı;
  • Kreativ yanaşma və strategiya qurmaq bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar