Mühasib

  • Medsol
  • Elanın qoyulma tarixi: 18.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələri:

  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) 
  • ƏDV depozit əməliyyatlarının aparılması
  • Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Şöbə rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;

Namizədə tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 2 (iki) il 
  • Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

İş yeri:

  •    İş yeri; Bakı şəh, Nəsimi rayonu 
  •    Əmək haqqı: 700-800 azn

 

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Mühasib" yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərlər.