İşin təsviri
Vəzifə öhdəliyi:
- Qlobal geyim markalarının sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, TikTok,və s.);
- Sosial media hesabları üçün content planların hazırlanması, kopiraytinq bacarıqlarının olması;
- Gələn mesaj və rəylərə tez və dolğun cavab verilməsi;
- Mağazalardan aktual Storylərin paylaşımı və Live yayımların keçirilməsi;
- Trenddə olan kontenti izləmək;
- Foto və video kontentdən ibarət stock yaratmaq;
- Sosial şəbəkələrdə maksimum qarşılıqlı əlaqə (interaction) əldə etmək üçün düzgün dizayn tapşırığının yazılması;
- Rəqəmsal marketinq mütəxəssisi, qrafik dizayner, reelsmaker ilə sıx işləmək, düzgün briflər vermək;
- Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
Namizəd üçün tələblər:
- SMM üzrə 2 ildən çox təcrübə.;
- Capcut, Inshot, Canva ilə operativ işləmək bacarığı (daha peşəkar alətlərlə işləmək bacarığı üstünlükdür);
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Ali təhsilin olması mütləqdir;
- Meta Business Suite ilə işləmək bacarığı;
- Statistika və analitik alətlərlə işləmək bacarığı;
- Komandada işləmək qabiliyyəti. məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli, təşəbbüskar, punktual,yenilikçi;
- Rus və ya İngilis-dilini bilmək üstünlükdür;
- Sosial medianı yaxşı bildiyini göstərə biləcək kiçik tapşırıq verilə bilər.
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
- İş qrafiki: həftədə 5 gün, 9:00-18:00 arası.
Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində “Sosial Media üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.