Baş aşpaz

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Orta təhsil;
  • İş stajı: müvafiq sahədə ən azı 3 il;
  • Dil biliyi: Azərbaycan dili;
  • Yaş həddi: 30-50;
  • Türk mətbəxi üzrə mütəxəssis.

Vakansiya barədə məlumat:

  • Aylıq nahar fasiləsi üçün menu tərtib etmək və hazırlamaq;
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək;
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq;
  • Digər işçi ilə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq;
  • Mətbəxin, eləcə də mətbəx heyətinin işinə cavabdeh olmaq;
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən əməkdaşlara təqdim olunması təmin etmək.

Şərtlər:

  • İş saatları: 08:00-17:00;
  • Nahar fasiləsi: 13:00- 14:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Nahar yeməyi;
  • Tibbi siğorta.

İşəgötürənin reytinqi