Təşkilati inkişaf və İR əməliyyatları üzrə mütəxəssis

  • ATS Food
  • Elanın qoyulma tarixi: 30.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi: 

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına, Uyumsoft (ERP) proqramına daxil edilməsi;
  • İşçilərin İSB portalında qeydiyyatının aparılması;
  • Aylıq tabellərin hazırlanması, məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
  • Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;

 Namizədə aid tələblər:

  • Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə);
  • Sahə üzrə minimum 2 il təcrübə;
  • Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi 
  • Sahə üzrə sertifikatların olması əlavə üstünlükdür. 

Vəzifə üzrə səriştələr:

  • Keyfiyyətlilik və effektivlik
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı
  • Təhlil etmə bacarığı;
  • Detallara diqqət yetirmə;
  • Məsuliyyətli və intizamlı;
  • Problem həll etmə;
  • Çeviklik.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təşkilati inkişaf və İR əməliyyatları üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.