Satış üzrə mütəxəssis

  • CPC LLC
  • Elanın qoyulma tarixi: 28.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarını aparmaq;
  • Öz işinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq, Kommersiya və Satış şöbəsinin müdirinə təkliflər vermək;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərini planlamaq;
  • Müştərilər ilə görüşlər və təqdimatlar keçirmək;
  • Satışlarla bağlı sənədləşmələrin hazırlanmasında iştirak etmək;
  • Potensial müştərilər haqqında məlumatlar toplamaq və rəhbərliyə təqdim etmək;
  • Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etmək;
  • Müştərilərə aid baza yaratmaq;
  • Bazarda olan rəqibləri mütəmadi araşdırmaq;
  • İşgüzar tədbirlərdə şirkəti təmsil etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

  • Ali təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus dili biliyi mütləq, İngilis dili biliyi arzuolunandır)
  • Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin).