Kimya mühəndisi

İşin təsviri

XAHİŞ OLUNUR "Əsas vəzifələri" və "Namizədə tələblər" BÖLMƏLƏRİ İLƏ TANIŞ OLDUQDAN SONRA CV GÖNDƏRİN.TƏLƏBLƏRƏ UYĞUN OLMAYAN CV-RƏ BAXILMAYACAQDIR!

Əsas vəzifələri:

  • Nümayəndəsi olduğumuz şirkətlərin təqdim etdiyi məhsullar haqqında ətraflı şəkildə məlumatlı olmaq, tətbiq sahələrini mükəmməl bilmək;
  • Məhsullar haqqında ətraflı məlumata yiyələndikdən sonra, təqdim ediləcək məhsulların tətbiqi ilə bağlı geniş miqyaslı bazar araşdırması etmək bacarığına malik olmaq;
  • Yeni müştərilər ilə görüşlərin təşkil edilməsi;
  • Mövcüd müştərilər ilə davamlı olaraq əlaqadə olmaq, mühəndislik və servis xidmətlərini qrafik üzrə həyata keçirmək
  • Müştərilərlə görüşlər, təqdimatlar və danışıqlar zamanı texniki dəstəyi təmin etmək, yeni həll yolları təklif etmək;
  • Müştərilərin ehtiyaclarını anlamaq və düzgün təyin müəyyənləşdirmək, müştərilərlə effektiv əlaqələri qurmaq və qorumaq;
  • Müştərilərin tələblərinə cavab verən keyfiyyət prosedurlarını düzgün şəkildə müəyyənləşdirmək və tətbiq etmək;
  • İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;
  • İstehsal olunan məhsullar üzrə xammal və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
  • Laborator avadanlıqların sazlığına nəzarət etmək, onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;
  • Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunun aparılmasını təşkil etmək;
  • Müştərilərdən laboratoriya analizlərin aparması üçün lazımı olan nümunələrini toplamaq;
  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri göstəricilərinə nəzarət etmək;
  • Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək;
  • Kimya məhsulların istehsal problemlərini araşdırmaq, səbəbləri təhlil etmək və həll yollarını təyin etmək - Proses Hazard Analysis (PHA) və Process Safety Management (PSM)
  • Yeni və mövcüd olan istehsal proseslərə texniki dəstəy və yardım göstərmək və yeni təklifləri irəli sürmək

Namizədə tələblər:

  • Kimya mühəndisliyi sahəsində ali təhsili
  • Kimya mühəndisliyi sahəsində ən azı 1 il iş təcrübəyə malik olmaq
  • Müştəri xidmətləri sahəsində təcrübəyə malik olmaq
  • Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
  • Komanda ilə işləmə bacarığının olması
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
  • Ofis proqramlarını bilmək
  • Sürücülük (B;C)
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı

 

Əlaqə: +994552545171

Email: [email protected]