Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 92 nömrəli Qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdir.Cəmiyyətin yaradılmasında əsas məqsəd Bakı şəhərində sərnişinlər üçün avtobus nəqliyyat sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkil edilməsi və sərnişinlərin daşınmasında avtobus nəqliyyat sisteminin təkmilləşdirilməsi və şəhər mərkəzində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır.
“BakuBus”Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd edilmiş vakant iş yeri üçün işçi qəbulu elan edir.
Vəzifə: Nəqliyyat vasitələrinin təmiri və texniki baxışı üzrə mütəxəssis
Tələblər:
• Ali təhsil (Texniki Universitet,Nəqliyyat fakültəsi)
• 30-55 yaşında
• Engilis dili
• Kompüter və ofis avadanlığı ilə işləmək bacarığı
• Avtonəqliyyat şirkətində təmir və texniki baxış üzrə minimum 5 il təcrübəsi
• İşində dəqiq və məsuliyyətli olmaq
• Komanda ilə işləmək bacarığı
Vəzifələr:
• Garajda olan avtonəqliyyat vasitələrinin gündəlik olaraq texniki baxışına nəzarət etmək
• Nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrin təmin olunması ilə bağlı hesabatların hazırlanması
• Nəqliyyat vasitələrəinin təmir olunması və texniki baxışdan keçirilməsi bağlı qrafikin tərtib edilməsi
• Nəqliyyat vasitələrinin istismarı üzrə texniki normativlərə riayət edilməsi prosesinə nəzarət etmək
• Texniki təmir işlərinin yerinə yetirilməsi məqsədilə tələb olunan xüsusi texniki,normativ və təlimatlandırıcı sənədlərin təmin olunması
• Garajda yeni nəqliyyat avadanlıqlarının quraşdırılması və beynəlxalq standartlara uyğun olan yeni texnologiyaların tətbiq edilməsi ilə əlaqədar məsələlərə nəzarət etmək.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz [email protected]