İşin təsviri
                
                
                                
                1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 20-yə yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
	- Bu vəzifənin rolu məhsullar üzrə məlumatları bazaya daxil etmək və ödənişləri təşkil etməkdir.
 
Vəzifə öhdəlikləri:
	- Kreditorlar və debitor borcları üzrə üzləşmə aparılması
 
	- Ödənişlərin icrası (1C proqramına yazılması, alınmış qaimələrin yoxlanılması)
 
	- Ödənişlərin təşkili zamanı ödənişlərin təstiq olunmuş təchizatçılara edilməsinə nəzarət etmək.
 
	- Yeni reseptlərin sistemə daxil edilməsi və cari reseptlərin redaksiya olunması, maya dəyərinin hesablanması və yoxlanması
 
	- Alışların sistemə daxil olunması və alış qiymətlərinin düzgün olunmasını yoxlanması
 
	- Sistemdə qiymət və menyu dəyişikliyinin icra olunması
 
	- Sistem daxilində malların və məhsulların transferlərinin yoxlanması
 
	- Müqavilələr, təhvil/təslim aktlarına aid 1C-də sorğuların yaradılması
 
	- Məlumatların bazaya daxil edilməsi
 
	- Məhsullar üzrə ödənişlər 
 
Professional Biliklər:
	- MS Office Proqramları
 
	- 1C proqramı / hər-hansı restoran ERP
 
Təhsil:
İş Təcrübəsi:
	- Maliyyə və Audit sahəsində 3 il iş təcrübəsi (arzuolunandır)
 
Professional Bacarıq və Kompetensiyalar:
	- Analitik düşünmək bacarığı
 
	- Stressə və təzyiqə davamlılıq 
 
	- Detala diqqət yetirmə
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış əlaqələri üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.