İşin təsviri
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili.
İş barədə məlumat:
- İşçilər və müştərilər üçün maaşların hesablanması və ödənilməsi, vergi orqanları ilə hesablaşmaların aparılması və lazımi hesabatların hazırlanması.
- Müştərilər üçün vergi öhdəliklərinin vaxtında və düzgün ödənilməsi, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta haqları və digər məcburi ödənişlər.
- Əmək müqavilələrinin hazırlanması və bağlanması, iş münasibətlərindəki dəyişikliklərin qeydiyyatı və əmək haqqı ilə bağlı hesabatların hazırlanması.
- Müştərilərə vergi qanunvericiliyi, əmək qanunvericiliyi və mühasibatlıq standartları üzrə məsləhət xidmətləri göstərilməsi.
- Müştərilərin maliyyə əməliyyatlarının uçotunun aparılması, bütün mühasibat əməliyyatlarının düzgünlüyü və vaxtında icra olunmasına nəzarət.
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 10:00-dan 17:00-dək.
- Maaş 1500-2000 AZN arasında.
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Azure Business Center